YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd olunub

Martın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 31-ci ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan bəhs edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edən rayon təşkilatının sədri bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb.

Vüsar İsmayılov rayon təşkilatının 31 il ərzində keçdiyi yola da nəzər salıb. O bildirib ki, bu gün sıralarında 16 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Kamaləddin Qafarov, Azay Quliyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışlarında Ulu Öndər Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini söyləyiblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Vurğulanıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi zəfərlər əldə edir.

Çıxışlardan sonra Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.