YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslahatlar kursunun davamı

“VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham Əliyevin çıxışı proqram xarakterli idi və bu çıxış hər bir deputat üçün fəaliyyət istiqamətidir. Prezident İlham Əliyev öz çıxışında prioritet sahələri və istiqamətləri açıqlayaraq perspektiv işlərin konturlarını müəyyənləşdirdi.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi, Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsi idi. Növbədənkənar seçkilərin keçirilməsi, Prezident İlham Əliyevin islahatlar kursunun davamı olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə, Milli Məclisin işininin təkminləşdirilməsinə xidmət edirdi. 1300-dən çox namizədin iştirak etdiyi növbədənkənar Parlament seçkiləri Azərbaycan xalqının iradəsi əsasında keçirildi. Eyni zamanda keçirilən növbədənkənar Parlament Seçkilərinin nəticələrinə obyektiv beynəlxalq qiymətin verilməsi, Avropa İttifaqının yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etməsi, seçkilərin ədalətli və şəffaf keçirilməsinin bariz sübutu idi.

Milli Məclisin deputatı qeyd edib ki, altıncı çağırış Milli Məclis müxalifət partiyalarının nümayəndələrinin rəhbərlikdə və komitələrdə təmsil olunduğu, qanunların müzakirəsində, qəbulunda iştirak etdiyi çoxpartiyalı Məclisdir: “Bu amil də ölkəmizdə siyasi sistemin gücləndirilməsində xüsusi rol oynayır. Bununla yanaşı, Prezident Administrasiyasının nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə mütəmadi görüşlər keçirməsi, partiyalararası geniş dialoqların aparılması Azərbaycanda həyata keçirilən siyasi islahatlara təkan verməkdədir.

Azərbaycan sosialyönümlü dövlətdir və dövlətimiz tərəfindən atılan bütün addımlar buna bariz sübutdur. Minimum əməkhaqlarının və pensiyaların mütəmadi olaraq artırılması, vergi bazasının genişləndirilməsi, iqtisadi sahədə islahatların aparılması və neqativ hallara qarşı sərt tədbirlərin görülməsi ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə hesablanmış addımlardır.” 

“Bu gün Azərbaycanda nümunəvi və yüksəksəviyyəli xarici siyasət kursu həyata keçirilir. Bunun da nəticəsidir ki, Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir və dünya dövlətləri ölkəmizlə əlaqələr qurmaqda, mövcud münasibətləri daha da dərinləşdirməkdə maraqlıdırlar. Eyni zamanda Azərbaycan Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində də xüsusi rola malikdir. Bundan başqa ölkəmiz müsəlman aləmində də böyük nüfuza malikdir.

Heç şübhəsiz qalib və suveren ölkənin Parlamenti – Azərbaycan Respublikasının Milli Məclisi bundan sonra da öz fəaliyyətini Prezident İlham Əliyevin çağırışları və tələbləri əsasında davam etdirəcək və qanuvericilik sahəsinin daha da təkminləşdirilməsinə xidmət edəcək.”-deyə, Sədaqət Vəliyeva bildirib.