YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın dəstəyi ilə Goranboy rayonunda su xətti çəkilib

Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə Goranboy rayonunun Qaradağlı kəndində əhalinin içməli suya olan tələbatının ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinin yaxşılaşdırılması məqsədilə 200-ə yaxın ev təsərrüfatına çəkilən su xəttinin açılışı olub.

Açılış mərasimində çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdırıblar.

Şəhid ailələrinin üzvləri və kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.