YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” devizi altında “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müasir dövrümüzdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemin daim ictimaiyyətin diqqətində saxlanmasının zəruriliyindən danışıb. Bildirilib ki, narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından maksimum istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.

Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov, partiya fəalları Minnər Mehrabov, Humay Əliyeva, Zahid Şahbazov çıxışlarında sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğunu deyib, gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.