YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda dövlətimizin başçısına və Azərbaycan xalqına Amerika Birləşmiş Ştatlarının xalqı adından xoş arzularını yetirən C.Bayden qeyd edib: “Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm. Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan ilə Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm”.

DİGƏR Xəbərlər Arxiv