YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Beynəlxalq təşkilatlar hadisələrə ədalət prinsipi ilə yanaşmalıdırlar

«Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın özünəməxsus yüksək rolu var. Ölkəmizdə KİV-in inkişafı ilə bağlı görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti mətbuat və söz azadlığının qorunması, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və media nümayəndələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində uğurlu siyasət həyata keçirir. Amma müəyyən xarici qüvvələr uğurları görmək istəmir, hansısa bir hadisədən ölkəmizin əleyhinə sui-istifadə etməyə çalışırlar. Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın jurnalist  Rasim Əliyevin həyatını itirməsinə münasibəti bu faktı bir daha təsdiqləyir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

 S.Fətəliyeva bildirib ki, ölkəmizdə informasiya təminatının şəffaflığı üçün lazımi işlər görülüb və dövlətin bu istiqamətdə siyasi iradəsi var. Onun sözlərinə görə, Azərbaycanda dövlət qurumları ilə media arasında münasibətlərin səmərəli qurulması istiqamətində mövcud qanunvericilik bazası formalaşdırılıb. Eləcə də, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və onların KİV-lərlə münasibətlərinin tənzimlənməsi üçün müvafiq addımlar atılır.
«Ölkəmizdə, həmçinin, media mənsublarının bəzən peşə fəaliyyətlərini yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalmaları da əlaqədar qurumlar tərəfindən ciddi nəzarətə götürülür və bununla bağlı təxirəsalınmaz tədbirlər görülür. Bu günlərdə jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən onun ölümü ilə nəticələnən ağır fiziki təzyiqə məruz qalması faktı da ən yüksək səviyyədə ciddi nəzarətə götürülüb. Bu məsələ dövlət başçısının şəxsi nəzarətindədir. Artıq cinayət hadisəsi ilə əlaqədar bir neç ənəfər məsuliyyətə cəlb olunub. Amma təəsüf ki, bəzi beynəlxalq təşkilatların nümayəndələri hadisəni siyasiləşdirməyə çalışır. Bu baxımdan, Avropa Şurası baş katibinin mövqeyi qəbulolunmazdır. Bu yanaşma ədalət prinsiplərinə, obyektivliyə tamamilə ziddir. Onlar hadisələrə ədalət prinsipi ilə yanaşmalıdırlar»- deyə, S.Fətəliyeva vurğulayıb.   

DİGƏR Xəbərlər Arxiv