YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Azərbaycanda demokratik təisisatların normal fəaliyyəti üçün bütün imkanlar yaradılıb

«Azərbaycanda demokratik təisisatların normal fəaliyyəti üçün bütün imkanlar yaradılıb». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesi də qənaətbəxşdir. Onun sözlərinə görə, demokratik inkişaf Azərbaycan dövlətinin tutduğu yoldur.

«Doğrudur, müəyyən məsələlərlə bağlı hansısa problemlər olur. Amma dövlət bu məsələdə öz iradəsini ortaya qoyur. Heç bir dövlət, cəmiyyət ideal deyil. Amma ttəssüf ki, müəyyən xarici dairələr ölkəmizə qarşı qərəzli mövqedən çıxış edirlər. Onlar hansısa bir məsələdən sui-istfadə edib ölkəmizi hədəfə alırlar. Təbii ki, belə hallara qarşı cəmiyyətimiz öz mövqeyini ortaya qoyur, həmin dairələrə cavab verir. Təəssüf doğuran odur ki, belə ikiliyi standartlarla insan hüquqları və demokratiyanın ali dəyər kimi qəbul etmiş təşkilatların nümayəndələri çıxış edirlər»- deyə, Ç.Qənizadə qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv