YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövqeyimiz dəyişməyib

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib

Vacib məqamlarddan biri də budur ki, NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini göstərib. Bu dəstək qurumun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə rəsmi dəstək ifadə olunub. Misal üçün, sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. 2020-ci ilin oktyabr ayında NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı ona Alyansın bu münaqişə ilə məşğul olmadığını başa salıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib. Məsələn, NATO-nun ötən il Brüsseld keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb. Bu, həm də onu göstərir ki, Alyans münaqişəni başa çatmış sayır.

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR), 2003-cü il avqustun 15-dən 2008-ci il dekabrın 7-dək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada, 2002-ci il noyabrın 15-də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (ISAF) əməliyyatında iştirak edib.

Martın 17-də ölkəmizdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz bəyanatında bu uğurları qeyd dərək Azərbaycan-NATO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Ermənistanla davam edən 30 illik münaqişənin Azərbaycanın özü tərəfindən BMT Nizamnaməsinə uyğun olaraq həll edilməsini diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, “Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim.”

Ölkəmizi  etibarlı tərəfdaş olduğunu və Avropanın enerji təhükəsizliyi sahəsində kifayət mqədər rol aldığını qeyd edən ölkə başçısı bildirib ki, Azərbaycandan Avropanın 8 ölkəsinə qaz ixrac olunur və bu dövlətlərdən 6-sı NATO üzvüdür. Bu da onu göstərir ki, bizim NATO ilə əlaqələrimiz təkcə hərbi müstəvidə deyil, həm də iqtisadi sahədə kifayət qədər zəngindir.

Qlobal iqlim dəyişikliklıərinə ölkəmzin münasibətinin  nümunəsi kimi COP29 –a ev sahibliyi edəcəyimizi qeyd edən cənab İlham Əliyev bundan sonra da Azərbaycanın sülhpərvər mövqeyinin davam edəcəyini, bəşəri dəyərlərə üstünlük verəcəyini diqqətə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv