YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Neftçala rayon təşkilatının yaranmasının 31 illiyi silsilə tədbirlərlə qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra rayon təşkilatının əməkdaşı Fərhad Baxışovun məruzəsi dinlənilib, YAP-ın yaranmasından və fəaliyyətindən bəhs edən videoçarxa baxılıb.

Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, xalqımızın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə vətənpərvər insanların, ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa bir müddətdə ümumxalq partiyasına çevrilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığı və bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığı xüsusi vurğulanıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıb, partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini deyib. O söyləyib ki, 7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri ölkəmizdə, eləcə də Neftçalada yüksək əhval-ruhiyyə və seçki mədəniyyəti ilə müşahidə olunub. Vurğulayıb ki, xalqımız Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərməklə öz parlaq gələcəyinə səs verib.

Partiya veteranı Oqtay Kərimov və “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva çıxışlarında torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpasının Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu diqqətə çatdırıblar.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü ilə əlaqədar təşkilatın inzibati binasının ərazisində ağacəkmə aksiyası da keçirilib.

DİGƏR Xəbərlər Arxiv