YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu qanlı tarix əbədi olaraq qan yaddaşımızda qalacaq

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Tarixin müxtəlif dövrlərində erməni millətçiləri yalanlar üzərində qurulmuş “Böyük Ermənistan” arzusunu reallışdırmaq üçün Azərbaycan xalqına qarşı dəhşətli faciələr törətmişlər. Bu faciələr arasında ən ağrılı hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər ətraf bölgələrdə törədilən soyqırımlardır. Azğınlaşmış erməni millətçiləri Bakı Sovetinin rəhbərliyi altında, daşnak-bolşevik silahlı dəstələrinin iştirakı ilə dinc əhaliyə qarşı kütləvi şəkildə qırğınlar həyata keçirmişlər. Bu amansız qətliamların əsas məqsədi Azərbaycan xalqını öz dəbə-baba torpaqlarından didərgin salmaq üçün etnik təmizləmə siyasəti apararaq əhalini soyqırımlara məruz qoymaq olmuşdur.

Tarixi faktlara nəzər yetirdikdə müşahidə olunur ki, erməni millətçiləri yaranmış vəziyyətdən istifadə edərək xalqımızla bərabər torpaqlarımızda dinc şəkildə yaşayan digər xalqların nümayəndələrini – ləzgilər, yəhudilər, ruslar, avarlar və talışları qırğınlara məruz qoymuşdurlar. Yuxarıda qeyd olunan ərazilərdə törədilən qırğınlarda öldürülən azərbaycanlıların sayı 30 mindən çox olmuşdur.

Qeyd etmək lazımdır ki, mart-aprel qırğınlarının törədilməsində “Daşnaksutyun” partiyasın 4 minlik silahlı dəstəsi birbaşa iştirak etmiş, yaşayış məntəqələrinə qəfil basqınlar edərək əhalini qəddarlıqla öldürmüşdür. Azğınlaşmış cəlladlar yaşayış məntəqələri ilə bərabər dini və mədəni abidələri də məhv etmişdir.

Ən böyük qırğınların törədildiyi ərazilərdən biri də Şamaxıdır. Faciənin tədqiqi əsasında əldə olunan mənbələr burada kütləvi qətliamlar nəticəsində 7 min nəfərin öldürüldüyünü bildirir. Öldülənlərin əksəriyyəti qadınlar və uşaqlar olmuşdur. Qubada isə 2900-ə yaxın insan xüsusi amansızlıqla qətl edilmişdir. Bu hadisələrin ən dəhşətli məqamı ondan ibarətdir ki, aşkar olunan insan sümüklərində güllə izi yoxdur. İnsanlar küt alətlərlə öldürələrək, başları kəsilmişdir. 2007-ci ildə Qubada aşkar olunan kütləvi məzarlıqda aşkarlanmış 500-ə yaxın insan kəlləsi, erməni millətçilərinin nə dərəcədə vəhşi təxəyyülə sahib olduqlarını əyani şəkildə göstərir.

 

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım facilərini qeyd etmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu addım 31 mart soyqırımı faciəsinin geniş şəkildə araşdırılması və beynəlxalq ictimaiyyət qarşısında daha fəal şəkildə həqiqətlərin çatdırılması baxımından başlanğıc nöqtəsi oldu. Fərman imzalandıqdan sonra mühüm araşdırma işlərinə başlanılaraq çoxlu əsərlər yazıldı və müxtəlif dillərə tərcümə olundu. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. 2018-ci ildə erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş ən dəhşətli faciələrdən biri olan 31 mart soyqırmından 1 əsrdən çox vaxt keçməsinə baxmayaraq bu qanlı tarix əbədi olaraq qan yaddaşımızda qalacaqdır.

DİGƏR Xəbərlər Arxiv