YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda gənc fəallarla görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında gənc fəallarla növbəti görüş keçirilib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və digərləri çıxışlarında bu gün gənclərə bütün sahələrdə böyük etimad göstərildiyini və onların hərtərəfli inkişafı üçün geniş imkanların mövcud olduğunu deyib. Qeyd olunub ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərimiz yüksək peşəkarlıq və vətənpərvərlik nümunələri ortaya qoyaraq, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi oldular. Bu gün ölkədə və dünyada Azərbaycan gənclərinin uğurlu fəaliyyəti, müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri qələbələr xalqımız tərəfindən böyük rəğbətlə və qürurla qarşılanır.

7 fevral prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyevin qələbəsinin gələcəyə daha böyük inamla baxmağa əsas verdiyi xüsusi vurğulanıb.

Diskussiya şəraitində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.