YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub

Aprelin 3-də   Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının N. Rəfiyev 66 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon  təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycanın uğurlarından, dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərə doğru inamla irəliləməsindən, sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin  “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi  partiyanın  yarandığı gündən bugünədək keçdiyi inkişaf  yoluna bələdçilik edir.  Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası son 20 ildən artıq dövrdə  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir, qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər  daim  Azərbaycanın davamlı inkişafına hədəflənir. Bu gün Azərbaycan təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. Ölkəmizin davamlı inkişafı  aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət,  səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi sayəsində qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.

Vüqar Rəhimzadə qeyd edib ki, inkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni, yeniləşməni görərik. Yeni Azərbaycan Partiyasının dövrün inkişafına uyğun olaraq şüarlarında etdiyi dəyişikliklər də  uğurlarımızın miqyasının genişliyinə əsaslanır. Belə ki, ilk əvvəllər partiya  “Yeni, müstəqil Azərbaycan” uğrunda deyirdisə, illər keçdikcə “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru” çağırışlarını səsləndirdi.  2018-ci ilin prezident seçkilərində  bu hədəflərə yüksək səviyyədə çatmaq üçün isə     “İlhamla irəli” söylədi.  Yeni-yeni hədəflərə yol açan isə qeyd etdiyimiz kimi, uğurlarımız və gələcəyə hesablanmış strategiyadır. Bu gün dünya Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən bəhs edir. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb, yeni dövrə qədəm qoyub. Yeni dövr növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Cənab İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri” şüarı ilə qatılaraq həm bugünümüzün, həm də qarşıdakı dövrün çağırışlarını açıqladı. Prezident İlham Əliyevin seçkilərdə parlaq qələbəsi gələcəyə daha böyük inamla addımlamağımızı şərtləndirdi. Əsas hədəfimiz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, Böyük Qayıdış Proqramının  icrasını uğurla başa çatdırmaqdır. Yeni Azərbaycan Partiyasının müasir dövrün çağırışlarını özündə ehtiva edən yeni Proqramında əsas hədəflər öz əksini tapıb. Onlara yüksək səviyyədə nail olmaq üçün “Biz birlikdə güclüyük!” çağırışı edilir.

Tədbirdə digər çıxış edənlər bu mühüm məqamı böyük qürur hissi ilə qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir.

Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqələri təqdim olunub.