YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri Zəfər yolunun başlanğıcıdır

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Aprel döyüşlərinin 8-ci ildönümünə həsr edilmiş tədbir keçirib.

Əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman övladların uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları Vətən müharibəsində Ermənistanın Bərdəyə “Smerc” tipli raketlərdən zərbə endirməsi nəticəsində həlak olmuş mülki şəhidlərin xatirəsinə salınmış guşəni ziyarət ediblər.

Tədbir çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə sektorlarının birgə hazırladığı “Aprel döyüşlərindən başlanan Zəfər tariximiz” adlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Aprel döyüşlərindən Xankəndi Zəfərinə qədər olan dövrü əhatə edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi nəticəsində Ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini deyib. Şanlı zəfərlərimizin başlanğıcı olan Aprel döyüşlərində qazanılan tarixi qələbənin əhəmiyyəti diqqətə çatdırılıb. Vurğulanıb ki, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən təxribatının, hərbi əməliyyatının qarşısını almağa qadir olduğunu sübut etdi.

Çıxışlarda Bərdə rayonundan Aprel döyüşləri zamanı şəhid olmuş Həsənov Ziya Niyazi oğlunun və Musayev Səbuhi Rafael oğlunun şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhid Ziya Həsənovun atası Niyazi Həsənov, şəhidin məzun olduğu şəhər 4 saylı tam orta məktəbin direktoru Tofiqə Məmmədova, şəhid Səbuhi Musayevin məzun olduğu Mustafağalı kənd tam orta məktəbin tarix müəllimi Şövkət İsmayılova, Vətən müharibəsi şəhidi Mirpaşa Mehdizadənin atası Yaqub Mehdizadə və başqaları çıxışlarında Aprel döyüşlərinin Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşməsindən bəhs ediblər.

Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.