YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağda həyat canlanır”

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Viləşçay Su Anbarı İstismarı İdarəsi ərazi partiya təşkilatı ilə birgə “Qarabağda həyat canlanır” mövzusunda tədbir keçirib.

Viləşçay Su Anbarı İstismarı İdarəsinin inzibati binasında baş tutan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov, idarənin əməkdaşı Bəhram Yaqubov və digər çıxış edənlər bildiriblər ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Natiqlər ümdə məsələlərdən birinin azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsi olduğunu qeyd ediblər: “Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsidir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.