Xəbərlər
Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək
![](http://www.yap.org.az/thumb.php?src=http://www.yap.org.az/upload/images/ed1502ce8f45a551b1801eac99e4846d.jpg&w=360)
Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.
Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.