YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı”

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon şöbəsinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin səkkizinci ildönümünə həsr olunan “Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra Aprel döyüşlərinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov və digərləri Aprel döyüşlərinin Azərbaycan Ordusunun düşmənin istənilən təxribatının, hərbi əməliyyatının qarşısını almağa qadir olduğunu sübut etdiyini deyiblər. Zəfərimizin başlanğıcı olan Aprel döyüşlərində qazanılan qələbənin Vətən müharibəsində qazanılan Qələbəni tamamladığı qeyd olunub. 

DİGƏR Xəbərlər Arxiv