YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərin Heydər Əliyev prospekti və Şəhidlər xiyabanı ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.