YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki təlimləri keçiriləcək

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, avqustun 22-dən başlayacaq təlimlərə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum, “F-4E” bombardmançı, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-35” döyüş, “Mi-17” və “Sikorski UH-60” döyüş-nəqliyyat, “Cougar AS532” axtarış-xilasetmə helikopterləri cəlb olunacaq.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 18-dək davam edəcək.