YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda “Heydər Əliyev İrsi” kitabının təqdimat mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın “Heydər Əliyev İrsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, zəngin həyatı və çoxşaxəli fəaliyyətindən, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışıb. R.Hüseynov qeyd edib ki, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynamışdır. Bu böyük şəxsiyyətin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, yazıçı Zərifə Quliyeva qeyd edib ki, tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik: “Dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə assosiasiya olunur. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti layiqli varisi və alternativsiz siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir”.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şərəf Cəlili, Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov və digərləri çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, həyatımızın ayrı-ayrı sahələrinin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

DİGƏR Xəbərlər Arxiv