YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə böyük infrastruktur layihələr uğurla icra olunur

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Məlum olduğu kimi Azərbaycanda 1954-cü ildə Yuxarı Şirvan kanalının layihələndirilməsinə başlanılıb və kanal 1958-ci ildə istismara verilib. Bu kanal vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır. Kanalın uzunluğu 123,5 km, sərfi 78 m³/san və onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. İcra ediləcək yeni layihə (Yəni ki, Şirvan suvarma kanalının yenidən qurulması) 230 min hektar əkin sahəsini əhatə edəcək. Təməlqoyma mərasimində çıxış edən cənab Prezident qeyd edib ki, “Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.

Bu isə təbii ki, layihənin böyük və əhəmiyyətli olmasının göstəricisidir.  Eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ölkədə çoxsaylı  suvarma kanallarının və  su anbarlarının tikintisi nəzərdə tutulub. Digər mühüm məsələ ondan ibarətdir ki, hazırda dünyanın bir çox ölkəsində su çatışmazlığı məsələsi qlobal problemə çevrilmişdir. Unutmayaq ki, hələ bir neçə il öncə Kür və Araz çaylarında yaranmış dayazlaşma ilə əlaqədar olaraq çox ciddi şəkildə suvarmada problemlər yaranmışdı. Bu sahədə aparılan uğurlu islahatlar Azərbaycan kənd təsərrüfatının inkişafına böyük töhfə verəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uğurlu layihə suvarma sistemlərinin yaxşılaşdırılması, eləcə də inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu kimi böyük  infrastruktur layihələri öz vəsaiti hesabına həyata keçirir ki, bu da məhz güclü, heç kimdən asılı olmayan Azərbaycan dövlətinin qüdrətli olmasının əyani sübutdur.

DİGƏR Xəbərlər Arxiv