YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Layihələr ardıcıl olaraq həyata keçirilir

Rövşən Əhmədov       

YAP Ağcabədi rayon təıkilatının sədri

Hər il ölkənin uğurlu inkişafı və bu prosesin davamlılığının təmin olunması həyata keçirilən islahatlardan aslıdır. Son 20 il ərzində Azərbaycan Respublikası iqtisadi və sosial inkişaf baxımından gözəçarpacaq nailiyyətlərə imza atıb.

Ölkənin uğurlu daxili və xarici siyasəti, milli və qlobal maraqların uzlaşdırılması, müasir idarəetmə texnologiyalarının tətbiqi Azərbaycanın beynəlxalq münasibətlərsistemində iqtisadi və siyasi önəminin getdikcə artmasına yol açıb. Azərbaycan Respublikasının paytaxtı Bakı bəşəriyyətin qlobal problemlərinin müzakirəsi mərkəzinə çevrilib. Ölkənin bütün regionları köklü şəkildə dəyişikliklərə məruz qalıb, öz simasını dəyişib.

Ölkəmizin qısa dönəmdə əldə etdiyi uğurlar ölkə Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanan və səmərəli şəkildə tətbiq edilən innovativ dövlət idarəçiliyi texnologiyaları sayəsində mümkün olub. Cənab İlham Əliyevin davamlı olaraq regionlara etdiyi səfərlər respublikamızın bütün rayon və bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin hər zaman xüsusi diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Azərbaycanda kənd təsərrüfatının inkişafının müasir suvarma texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılıb və bu istiqamətdə böyük magistral kanallar çəkilir, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi layihələr ardıcıl olaraq həyata keçirilir.

Bu işlərin bariz nümunəsi olaraq cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan suvarma kanalının əhəmiyyətini vurğulayaraq qeyd etmişdir: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək”.

Nəzərdə tutulan layihənin xüsusi əhəmiyyətə malik olacağını vurğulayan ölkə başçısı yaxın 3 il ərzində tikinti işlərinin yekunlaşacağını bildirdi. Bilirik ki, Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşir. Kanal Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.

Azərbaycan iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Müasir dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır.

DİGƏR Xəbərlər Arxiv