YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası münasibətlər rəsmi səfərlərlə genişlənir

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Dövlətlərarası münasibətlər həm də rəsmi səfərlərlə genişlənir. Belə səfərlərdən biri də aprelin 22-də Moskva şəhərində Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tədbir oldu. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev dəmir yolu sahəsinin veteranları, işçiləri ilə keçirilən maraqlı görüşdə çıxışında Rusiya rəhbərliyinin böyük tarixi şəxsiyyət Heydər Əliyevə ehtiramına görə minnətdarlığını bildirdi, tarixin müxtəlif məqamlarının ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırdığını, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verdiyini, fəaliyyətin 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında davam etdiyini dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında dedi:“Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir”.

Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tarixi yığıncaq bəzi məqamlara da aydınlıq gətirdi. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Sovetlər dönəmində bütün irimiqyaslı tikintilərdə Azərbaycanın, bu baxımdan böyük tarixi şəxsiyyət Heydər Əliyevin də böyük fəaliyyəti olurdu. Bu yubileydə tarixin o dönəmi də ehtiramla xatırlandı.