YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Amil Xudiyev, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, ərazi partiya təşkilatının sədri Əli Məmmədov və digərləri Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirdiyini deyiblər. Qeyd olunub ki, onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu və sıralarında 800 min nəfərə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın bugünkü uğurlarına böyük töhfə verdiyi və yeni hədəflərə doğru inamla irəlilədiyi qeyd olunub. Vurğulanıb ki, Öndər Heydər Əliyevin siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəni tərəqqiyə, möhtəşəm Zəfərə çatdırıb.

Amil Xudiyev Azərbaycanda idmanın inkişafı və gənclər siyasətinin də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib, bu istiqamətdə qazanılan uğurlardan bəhs edib.

Tədbirin sonunda rayonun ictimai-siyasi fəaliyyətində fərqlənən partiya fəallarına təşəkkürnamə, partiya sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.