YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqlarımız arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub

“Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfəri mühüm önəm kəsb edir. Dövlətlər arası münasibətlərin xarakterini bu səfər  bir daha təsdiq etdi.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi birgə bənatda da tarixi əlaqələrdən, bugünki səviyyədə olan münasibətlərdən, perspektiv planlardan bəhs olundu: “Reallıqdır ki, ölkələrmiz arasında qarşılıqlı fəaliyyət gündəliyi kifayət qədər böyükdür. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərir. Hər il həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Görüşlər qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də  2 tərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətlidir. Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının  bu gün bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir”.

YAP Abşeron rayon təşkilatının sədri bildirib ki, Prezident Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirməsi qardaş dəstəyi hesab olunur: “Azərbaycan üçün bu böyük əhəmiyyətə malikdir. Azərbaycan Qırğızıstanda həmçinin bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır.  Qırğızıstanla  Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişlidir. Mədəniyyət sahəsində də dövlətlərimiz sıx təmasdadır.  Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı isə böyük mədəni hadisə idi”.

Abbas Əliyev hesab edir ki, ölkələrimiz arasında imzalanan sənədlər, “Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” və digər əldə edilmiş razılaşmalar zəruri münasibətlərin xarakterini göstərən mühüm amildir: “Prezident İlham Əliyev Bakıda görkəmli Qırğız yazıçısı, Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışının 2 dövlət arasında dostluğun, qardaşlığın, birliyin rəmzi olacağını söyləyib. Azərbaycan hər zaman Qırğızstanla münasibətlərə böyük önəm verir. Azərbaycan və Qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub”.

Abbas Əliyev vurğulayıb ki, Azərbaycanla Qırğızıstan möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir: “Qırğızıstanda iyirmi minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda məskunlaşıblar. Bu bir faktdır ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İki ölkə  arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb”.