YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlıq imkanları müəyyənləşdirilir

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Son vaxtlar Azərbaycan-Almaniya münasibətləri yeni müstəvidə inkişaf edir. Ölkələrimizin bir-birinə yaxınlaşması Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir. Qeyd etmək istəyirəm ki, son illər Azərbaycanla Almaniya arasında ticarət dövrüyyəsi artır, qarşlıqlı sərmayələr yatırılır və yeni əməkdaşlıq imkanları müəyyənləşdirilir.

Berlində Prezident İlham Əliyevi çox yüksək səviyyədə qarşılandı. Almaniyada hər bir dövlət başçısının şərəfinə bu cür yüksək hörmət və ehtiram göstərilmir. Dövlət başçımızın səfər çərçivəsində Pitersberq İqlim Dialoqunda iştirakı ölkəmizdə keçiriləcək COP 29-a hazırlıq prosesi kimi qeyd edə bilərəm. Dövlət başçımız Pitersberq İqlim Dialoqunda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərə qarşı verədiyimiz töhfələr və ölkəmizin bu tədbirə uğurla ev sahibliyi edəcəyi ilə bağlı məsələləri geniş qeyd etdi. O cümlədən Almaniyanın Federal Kansleri Olaf Şoltsla mətbuat konfransı keçirərək bir sıra məsələlərə aydınlıq gətirdi və jurnalistlərin suallarına cavablar verildi. Mən hesab edirəm ki, mətbuat konfransına dəvət olunmuş jurnalistlər xüsusi tapşırıq əsasında təxribat yönümlü suallar hazırlamışdılar. Amma Prezident İlham Əliyev bütün sualları çox diplomatik və əsaslandırmış şəkildə cavablandırdı. Suallardan biri mətbuat azadılığı və demokratiya ilə bağlı idi. Dövlət başçımız ölkəmizdəki senzurasız internet və media azadlığı haqqında cavab verərək bütün fəaliyyətlər qanunlar çərçivəsində olmalı olduğunu açıq şəkildə bildirdi. Həm də neft gəlirlərinin ədalətli bölüşdürülməsinin nəticəsi olaraq ölkəmizdə yoxsulluğun 50%-dən 5% enməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə sərf olunan vəsaitlərin şəffaf xərcləndiyini, 6 min keçmiş məcburi köçkünün öz yurdlarına qayıtdığını və bu ilin sonuna qədər bu rəqəm 20 minə çatacağını bildirdi. Ölkə başçımız həm Pitersberq İqlim Dialoqunda, həm də mətbuat konfransında ölkəmizin bərpa olunan enerji potensialının yüksək olduğunu, 2030-cu ilə qədər 5 qiqavat yaşıl enerji isthehsal edəcəyimizi və Qara dənizin dibi vasitısilə çəkiləcək kabel xətti ilə 4 qiqavat ixrac edə biləcəyimizi bildirdi. Həm də yaşıl enerji mənbələrimizdən səmərəli istifadə etməyimiz Avropaya əlavə olaraq 5 milyard kub metr təbii qazı ixrac etmək imkanına malik olacağımızı qeyd etdi. Ölkə başçımız Azərbaycanla Avroap İttifaqı arasında formalaşmış yüksək əlaqələrə toxundu. Belə ki, 2022-ci ildə Avropa Komisiyasının Prezidenti ilə imzalanamış memorandumu xatırlayaraq 2027-ci ilə qədər 20 milyard kub metr qaz ixarc etməyi planlaşdırdığımızı bildirdi. O cümlədən Avropa İttifaqına daxil 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrimizin olduğunu qeyd edən ölkə başçımız gələcəkdə bu əlaqələrin daha genişləndirmək niyyətində olduğumuzu ifadə etdi.

Dövlət başçımız Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prossesinə toxunaraq ölkələrimiz arasında baş tutmuş ikitərfli görüşləri müsbət dəyərləndirdi. Həm də Ermənistanla sülh müqaviləsinin imzalanmasına daha yaxın olduğumuzu, Almaniyada keçirilən XİN rəhbərlərinin görüşünün bu prosesə verdiyi töhfəni, 4 kəndimizin qaytarılmasını, sərhədlərin delimitasiyası prosesinə start verildiyini və Qazaxıstanda yenidən görüşərək sülh müqaviləsi layihəsini müzakirə ediləcəyini bildirdi. Təbii ki, Azərbaycan-Ermənistan danışqılarına kənar qüvvələr müdaxilə etməzsə regiona tezliklə sülh və əməkdaşlığın gələcəyinə şübhə yoxdur. Dövlət başçımızın Almaniyaya səfərini çox yüksək dəyərləndirirəm və bu səfərin Cənubi Qafqaza sülhü və əməkdaşlığın gəlməsinə yeni bir impuls verəcəyini hesab edirəm.