YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı tərəfdaş

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri    

Azərbaycanın regional müstəvidə sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də  Qırğızıstan Respublikasıdır. Keçmiş ittifaqın süqutundan sonra müstəqillik qazanan Azərbaycan və Qırğızıstan 31 il bundan əvvəl diplomatik münasibətlər qurublar. Bu gün isə iki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Həm Qırğızıstan, həm də Azərbaycan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişafına böyük siyasi iradə nümayiş etdirirlər.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri və dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədlərin imzalanması böyük əhəmiyyətə malikdir. Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. 2022-ci ilədək Prezident İlham Əliyev Qırğızıstana iki dəfə işgüzar səfər edib. 2016-cı ilin sentyabrında həyata keçirilmiş səfər zamanı Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında və 2018-ci ilin sentyabrında isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Çolpon-Ata şəhərində keçirilmiş VI Zirvə Görüşündə iştirak edib. Həmçinin ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərməsidir.

Azərbaycanla Qırğızıstanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyildir. Həm Azərbaycan xalqı, həm də qırğız xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində öz dəstəyini göstərən  qardaş dövlət başçısı Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Həmçinin, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsi, qırğız xalqının böyük yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı, səfər çərçivəsində imzalanan sənədlər Qırğızıstan-Azərbaycan qardaşlığının təzahürüdür.

Qırğısıztan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Həm Azərbaycan, həm də Qırğızıstqn regional və qlobal əhəmiyyət daşıyan bir çox məsələlərdə oxşar mövqelərdən çıxış edirlər.