YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əlaqələrin inkişafına diqqət

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.

Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir. Səfər çərçivəsində Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib. Daha sonra hər iki ölkənin prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

"Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək" - deyə çıxışında bildirən ölkəmizin başçısı İlham Əliyev Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan Respublikası ilə əlaqələrin tarixi ənənəyə əsaslandığnı qeyd etmişdir: “Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.”  

Qeyd edək ki səfər çərçivəsində 18 sənəd imzalanıb və ikitərəfli sənədlərin imzalanmasını önəmli olduğunu bildirən ölkəmizin başçısı bu sənədlərin gələcək münasibətlərdə çox mühüm rol oynayacağını qeyd etmişdir.

İki ölkə arasında investisiya mühitinin daha da yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü bildirən ölkəmizin başçısı qeyd etdi ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar vəsaitin da son hədd olmadığını vurğulayan cənab Prezident bildirdi ki, müvafiq hökumət strukturlarında birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür ki, bu da investisiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm aləti olacaq.

Dünya şöhrətli yazıçı, Qırğız xalqının, eləcə də bütün  Türk dünyasının fəxri olan Çingiz Aytmatovun  Bakıda abidəsinin açılışını iki xalq arasında dostluq və qardaşlıq nümunəsi kimi qiymətləndirən cənab İlham Əliyev bundan sonra da həyatın bütün sahələrində qarşılıqlı əlaqələrin inkişafına diqqət yetirilməsinin vacib olduğunu vurğulamışdır.