YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında rayonunun ictimai- siyasi həyatında fəal iştirak edən gənclərin iştirakı ilə “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsində azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin gücləndirilməsinin həlledici rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, Ulu Öndərin zəngin irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsidir ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü dövlətdir.

Dəyirmi masa diskussiya şəklində davam etdirilib.