YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda partiyanın yeni üzvlərinə vəsiqələr verilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının Xırdalan 37 saylı ( Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron ərazi idarəsi) ərazi partiya təşkilatında partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, rayonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Heydər Əliyev yolu həmçinin Azərbaycanın gələcək inkişafında da mayak rolunu oynayacaq.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron ərazi darəsinin rəisi Fuad İbrahimov söyləyib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında hər zaman qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan suverenliyi tam bərpa olunmuş müstəqil dövlətdir.

Sonda partiya sıralarına yeni qoşulan 38 nəfərə üzvlük vəsiqələri təqdim olunub.