YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəki rayon təşkilatı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, ADPU-nin Şəki filianın direktoru Vurğun Məmmədov, partiya veteranları Kamil Məmmədov, Sədrəddin Bədiyev, gənc fəal Əfsanə Əbdürəhimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qətiyyətli, uzaqgörən siyasətçi, müdrik dövlət xadimi kimi gördüyü misilsiz işlərdən, Azərbaycanın tərəqqisi yolunda, gənclərimizin əsl vətəndaş kimi formalaşmasında, sağlam düşüncəli yeni nəslin yetişdirilməsində əvəzsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutmuş, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq yeni bir mərhələyə qədəm qoymuş, Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gəncləri aparıcı qüvvəyə çevirmək məqsədilə bütün lazımi tədbirlər görülməkdədir.

Sonda partiyaya yeni üzv olan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv