YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət davam etdirilməlidir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Ölkə başçıları arasında hər bir görüş qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir və ticarət dövriyyəsi davamlı olaraq artır.

Prezident İlham Əliyev bəyanatında xatırlatdı ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. Müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür.

Azərbaycan və Qırğızıstan arasında energetika, eləcə də nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bildirdi ki, Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirilməlidir. Bu məqsədlə iki ölkə arasında münasibətlərin möhkəm qanunvericilik bazası yaradılır. Belə ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı ölkələrimiz arasında 13 adda Azərbaycan-Qırğızıstan sənədləri imzalandı. Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir. Aprelin 24-də Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirildi. Açılış mərasimində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak edərək ölkələrimiz arasında olan yüksək səviyyəli humanitar-mədəni əlaqələrdən bəhs etdilər.