YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə intellektual yarışın final mərhələsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə könüllülər arasında “Parlaq zəka” intellektual yarışının final mərhələsi keçirilib.

Müsabiqədən öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yarış iştirakçılarını salamlayaraq bilik yarışının keçirilməsində əsas məqsədin Ümummilli Lider Heydər Əliyevin zəngin irsini, milli-mənəvi dəyərləri təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu deyib.

Daha sonra yarışa start verilib. Yekun nəticələrə görə, birinci yeri Ağcabədi Pedaqoji Universitetinin “Aypara” komandası tutub. İkinci pillədə Ağcabədi Pedaqoji Kollecinin “Zirvə” komandası qərarlaşıb.

Qalib komandaya kubok təqdim olunub.