YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı yeni ərazi partiya təşkilatı təsis edib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının Şıxımlı kənd ərazi partiya təşkilatı təsis edilib.

Bununla əlaqədar keçirilən təsis iclasında Köhnəbazar kənd tam orta məktəbinin direktoru Aytən Əkbərova, YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli və digərləri çıxışlarında Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıblar. YAP-ın yarandığı gündən zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynadığı diqqətə çatdırılıb.

Çıxışlardan sonra keçirilən səsvermədə Aytən Əkbərova ərazi partiya təşkilatının sədri, Aysel Süleymanova isə sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv