YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məktəblilərin Samux şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

Samux Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə  rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Samux şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilən ekskursiya zamanı gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.