YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çox mühüm və nüfuzlu beynəlxalq platforma

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olduğunu xüsusi vurğulayıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır.

Müasir dövrdə mədəniyyətlərarası ziddiyyətlər böyük toqquşmalara səbəb olsa da, bu münaqişələrin qarşısının alınması üçün mədəniyyətlərarası dialoq məvhumu daha da aktual xarakter daşıyır. Mədəniyyətlərarası dialoq tərəflərin qlobal dünyagörüşünü dərindən başa düşməyə imkan verən fərqli mədəniyyət və sivilizasiyalara mənsub fərdlər və qruplar arasındakı fikir mübadilələrinin açıq və qarşılıqlı hörmət çərçivəsində baş tutmasıdır. Münaqişələrin qarşısının alınmasında və sonlandırılmasında mədəniyyətlərarası dialoqun çox önəmli rolu var.  Azərbaycanda milli zəmində hər hansı ciddi problem yaşanmaması onu daim digər dövlətlərdən fərqləndirmişdir. Azərbaycanda hansısa xalqın nümayəndəsinə qarşı ayrı-seçkiliyə yol verilmir və onların dini inancları, siyasi və mədəni hüquqları yüksək səviyyədə qorunur. Azərbaycanın göstərdiyi bu diqqətə görə nüfuzlu beynəlxalq qurumlar Azərbaycanı tolerantlığa nümunə adlandırırlar. Azərbaycan özünün sülh və dinləarası dialoq müstəvidə oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Məhz bu baxımdan da Azərbaycanda hər zaman müsbət mədəniyyətlərarası dialoq mövcud olub.  Azərbaycanda bütün millətlərdən olan nümayəndələr üçün müxtəlif dinlərin ibadətlərinin icrasına üçün məkanlar vardır və onlar sərbəst fəaliyyət göstərirlər.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

DİGƏR Xəbərlər Arxiv