YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr tədbirlər keçirilib

Tərtər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Tərtər rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda keçirilən tədbirdə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər

Tərtər rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ Regional Mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxışlarında Ulu Öndərin hakimiyyəti dövründə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyəti, incəsənəti diqqət mərkəzində saxlayıb. XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır. Qeyd olunub ki, Ümummilli Liderin təməlini qoyduğu işləri onun siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar.

Tədbirin sonunda konsert proqramı təqdim olunub.

YAP Tərtər rayon təşkilatı, Tərtər rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Tərtər rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında inşa-yazı müsabiqəsi və şahmat yarışı keçirilib, qaliblər Fəxri fərmanlarla təltif edilib. 

DİGƏR Xəbərlər Arxiv