YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”

Mayın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmış, müstəqilliyimizin, suverenliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, erməni işğalı altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda qətiyyətlə mübarizə aparmış, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı müstəsna xidmətlərində bəhs edib. Natiq bildirdi ki, siyasi müdrikliyi, məqsədyönlü siyasi strategiyası ilə dövlətimizin və xalqımızın gələcək inkişafının uğurlu bünövrəsini qoymuş Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qızıl hərflərlə yazmış güclü liderdir. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir.

Tədbirdə çıxış edən Tahir Hacıyev, Reyhan Məmmədova, Esmira Əsədova və digər partiya fəalları Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsində azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin gücləndirilməsinin həlledici rol oynadığını vurğulayıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoyub. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib. Çıxış edənlər Heydər Əliyevin ölkənin iqtisadi, siyasi və mədəni həyatının inkişafına xidmət edən fəaliyyətinin mühüm məqamlarından, həyata keçirdiyi iqtisadi islahatlardan, kənd təsərrüfatının bütün sahələrinin davamlı inkişafından, ölkədə yeni sənaye müəssisələrinin yaradılması, ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən, respublikada ictimai-siyasi sabitliyin təmin edilməsinə xidmət edən əməli fəaliyyətindən danışıblar.

Daha sonra partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv