YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev və Müasir Azərbaycan”

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəlibəyev bildirib ki, xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edir: “Çünki ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb. Hər il mayın 10-u ərəfəsində tədbirlərin, konfransların baş tutması da Ulu Öndər Heydər Əliyevin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.”

Tədbirdə çıxış edən partiya fəalları Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qeyd olundu ki, dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu və bu gün üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada, eləcə də Xankəndidə qürurla dalğalanır.

Daha sonra partiyanın  ictimai-siyasi proseslərində fəal iştirak edən bir neçə şəxsə Fəxri Fərman təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv