YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əlaqələrin sürətli inkişafı

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrinin tarixində yeni səhifə hesab oluna bilər. Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin sürətli inkişafına əsaslı təkan verən mühüm təsir amillərindən biri də hər iki dövlətin mövqelərinin beynəlxalq və regional məsələlərdə üst-üstə düşməsidir. Hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması, enerji sahəsindəki əməkdaşlıq dediklərimizi bir daha sübut edir.

Ulu öndərin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Slovakiya ilə münasibətlərə mühüm önəm verir. Dost ölkənin Baş naziri Robert Fitsonun Azərbaycana zəngin səfər proqramının uğurlu nəticəsi kimi əldə olunmuş bir sıra razılaşmalar bunun əyani təzahürüdür. Səfər çərçivəsində aparılan faydalı müzakirələr müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Slovakiya və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün ciddi potensialın mövcudluğunu aşkarlamışdır. Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qazını ixrac edir. “2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yaradılıb. Bu mənada Azərbaycan təbii qazını 9-cu Avropa ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyev cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Əldə olunmuş bu razılaşmalar isə münasibətlərin bundan sonrakı mərhələdə daha sürətli templə inkişafına yaxşı imkanlar yaradır.

Səfər çərçivəsində imzalanan Azərbaycan-Slovakiya sənədlərinin məzmunu bir daha göstərdi ki, tərəflər artıq cəmiyyət həyatının ən müxtəlif sahələrində də əhatəli əməkdaşlığa start veriblər.

DİGƏR Xəbərlər Arxiv