YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyevin Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan dövləti”

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyevin Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan dövləti” mövzusunda keçirilən inşa yazı müsabiqəsi başa çatıb.

Bununla əlaqədar keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun müdiri Anar Xammədovun çıxışlarında bildirilib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Zəfərə imza atıb.

Müsabiqənin qaliblərinə fəxri fərmanlar və hədiyyələr, münsiflərə isə təşəkkürnamələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv