YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

YAP Salyan rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. Bildirilib ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ümummilli Liderin qayğısından bəhrələnməsin. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanınıb. Vurğulanıb ki, Ümummilli Liderin təməlini qoyduğu işləri onun siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup mədəniyyət işçisinə təşəkkürnamə, partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.  

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.