YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlər arasında olan dostluğun növbəti təzahürü

““Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı olduqca önəmlidir. Prezident İlham Əliyev “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsini tarixi hadisə olduğunu bildirib. Prezident qeyd edib ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu böyük bilik, səriştə və təcrübə tələb edən irimiqyaslı layihə olmaqla yanaşı 2 dövlət arasında əlaqələrin daha da inkişafına müsbət təsir göstərəcək.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev  deyib.

Abbas Əliyev qeyd edib ki, bu layihələrin reallaşması iki dövlət arasında olan dostluğun növbəti təzahürü hesab edilir: “Prezideent İlham Əliyev çıxışında əsrlər boyu İran və Azərbaycan xalqlarının bir yerdə yaşayıb-yaratdığını söyləyib. Bunun nəticəsində dövlətlər arasında münasibətlər indiki səviyyəyə yüksəlib. Bu eyni zamanda 2 ölkə sərhəddinin dostluq, gələcəyə yönəlmiş əməkdaşlıq körpüsü olduğunu təsdiq edir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək, əldə edilən nəticələrdə, gələcək planlarda özünü göstərəcək. Azərbaycanla İran beynəlxalq, regional təhlükəsizlik məsələləri ilə bağlı məsələlərdə eyni mövqeni bölüşür. Bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bunun mühüm amil olduğunu bildirən ölkəmizin başçısı İran-Azərbaycan dostluğunun önəminin əsas amil olduğunu qeyd edib. Bakı və Tehran bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bu dəstək bundan sonra da davam edəcək. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də Azərbaycan və İran bir-birinə dəstək verir. Təbii ki, burada nəqliyyat layihələri xüsusi rol oynayır. Cənab Prezident də vurğulayıb ki, “Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir”.

YAP Abşeron rayon təşkilatının sədri bu istiqamətdə Azərbaycan tərəfindən zəruri addımların atıldığını vurğulayıb: “Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Həmçinin bu yol Azərbaycan onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi ilə yanaşı beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Yol eyni zamanda Şimal-Cənub, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olcaq. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsinin  Azərbaycanda “yaşıl enerji” zonaları İranla Azərbaycan arasında elektrik, qarşılıqlı təchizat sahələrində geniş perspektivlər üçün imkanlar açır. 2 ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması qarşıda böyük hədəflərin olduğunu göstərir”.

Abbas Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalması və bunun fonunda beynəlxalq birliyin, xüsusən də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin fəaliyyətsiz qalması da ölkə başçısının nitqində yer alıb: “Vurğulanıb ki, onların məqsədi məsələni həll etmək yox, dondurmaq olub. Cənab Prezident haqlı olaraq bir daha qeyd edib ki, 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir”. Bütün bunlara baxmayaraq Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü hərbi siyasi yolla təmin edib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib”.