YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdə olublar

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilib, Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Sonra YAP Naxçıvan şəhər təşkilatının qərargahında görüş keçirilib. 

Daha sonra Zəfər parkı, Möminə Xatun türbəsi, Xan sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Heydər məscidi, Naxçıvan Döyüş şöhrəti muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf” ziyarətgahı ziyarət olunub.

Naxçıvan Muxtar Respublikasına səfər və tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaradıb.