YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsi özünü vətənpərvər hesab edən hər kəs üçün təhqir kimi qəbul edilməlidir

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə və orada qeyd olunanlar özünü vətənpərvər hesab edən hər kəs üçün təhqir kimi qəbul edilməlidir. Əgər kimsə Azərbaycana qarşı yönəlmiş heç bir əsası olmayan bu cür ittihamlara haqq qazandırmağa çalışırsa, deməli bu qətnamələri qəbul edənlərlə onların arasında hansısa bağlılıq var. Onlar oradan verilən sifarişlərin Azərbaycandakı icraçılarıdır. Ya da öz maraqlarını güdən və necə olursa olsun öz layihələrini həyata keçirmək istəyənlərdir. Ona görə, buradan öz soydaşlarımıza, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalara, ictimai qurumlara səslənirəm. Bu məsələdə öz maraqlarınızı, layihələrinizi kənara qoyub azərbaycançılıq mövqeyindən çıxış etməyə çalışın. Azərbaycan ilə münasibətləri pozmaq məqsədi güdən dairələri hədəf seçib onları ittiham etmək əvəzinə, Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyə qalxmayın.

Bu fikirləri Milli Məclisin sentyabrın 14-də keçirilmiş növbədənkənar iclasında parlament sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla, xüsusən də Avropa qurumları ilə münasibətlərə başlayanda ilk olaraq iqtisadi, siyasi, humanitar əməkdaşlığı, Dağlıq Qarabağ probleminin ədalətli həllini qarşıya məqsəd qoymuşdu. Azərbaycanın bu məsələlərlə bağlı müxtəlif mötəbər tədbirlərdə çox çağırışlar etdiyini söyləyən Milli Məclis sədrinin müavini deyib: “Diqqəti bu tipli sənədlərdə görünən və görünməyən tərəflərə yönəltmək istəyirəm. Görünün tərəf odur ki, guya kimlərsə kimlərinsə hüquqlarını müdafiə etmək istəyir. Hansısa “ali məqsədlər”dən danışır. Ancaq mahiyyətə baxdıqda burada bir sıra məqsədlərin gizləndiyini görürük. Əgər beynəlxalq hüquqda dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü əsas götürülürsə nəyə görə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri sənədlərə əməl olunması ilə bağlı Ermənistana heç bir çağırış edilmir.

Son dövrlər baş verənlər göstərir ki, sən demə ölkələrin ərazi bütövlüyünün pozulması qədim qitəni bir o qədər də narahat etmir. Əgər onlar bu baş verənlərdən narahat olsaydılar mövqelərini açıq şəkildə ortaya qoyardılar.”