YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Səməd Seyidov: Avropa Parlamenti tələsik, böhtan və yalanlarla dolu bu qətnaməni qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu

“Avropa Parlamenti tələsik, seçki qabağı, böhtan və yalanlarla dolu bu qətnaməni qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu. Bəlkə də uzun müddət bu zərbənin altından çıxa bilməyəcək. Bundan sonra onların deyəcəkləri sözlər, qəbul edəcəkləri qərarlar heç bir ciddi əhəmiyyət kəsb edə bilməz. Ona görə ki, yalnız Azərbaycanın yox, bütün dünyanın, Avropanın gözü qarşısında onlar ölkəmizə qarşı təhrikçi və məsuliyyətsiz bir addım atdılar. Sual olunur, niyə Avropa deputatları manipulyasiya edərək haqq sözə qulaq asmadılar? Bunun yalnız bir səbəbi var: Azərbaycan müstəqil siyasət apararaq, dünyada söz sahibinə çevrilib. Dövlətimiz kiminsə diktəsi ilə deyil, öz xalqının maraqları ilə hərəkət edir. Ən əsası isə bu gün Azərbaycan iqtidarı işğal edilmiş torpaqlarını ATƏT-in Minsk qrupundan, Avropa Parlamentindən kənar azad etmək iqtidarındadır. Budur onları qorxuya salan.” Bu fikirləri Milli Məclisin sentyabrın 14-də keçirilən növbədənkənar iclasında parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

DİGƏR xəbərlər Arxiv