Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.”