YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cəmil Çiçək: Ermənistanla Azərbaycan arasında münasibətlər bərpa olunmadan Cənubi Qafqazda sabitliyə nail olmaq çətin olacaq

Ermənistan öz lobbisinin girovudur. Bunu Türkiyə parlamentinin sədri Cəmil Çiçək bildirib.

Onun sözlərinə görə, Türkiyə bir neçə dəfə Ermənistanla münasibətləri bərpa etməyə cəhd göstərib, lakin uğurla nəticələnməyib. /Trend/

Spiker qeyd edib: "Türkiyənin Prezidenti və XİN rəhbəri Yerevanla Ankara arasında münasibətlərin bərpası üçün Ermənistana səfər etmişdilər, lakin bunun heç bir nəticəsi olmadı. Çünki qarşı tərəf heç bir qarşılıqlı addım atmadı".

Ç.Çiçəyin sözlərinə görə, qondarma "soyqırım" Ermənistan və Türkiyə arasında əlaqələrin bərpa olunması yolunda ciddi əngəllərdən biridir.

Bundan başqa, o bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlər bərpa olunmadan Cənubi Qafqazda sabitliyə nail olmaq çətin olacaq.

 

DİGƏR Xəbərlər Arxiv