YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri AŞPA-nın seçkiləri müşahidə missiyası üzrə komitəsinin ön heyəti ilə görüşüb

Sentyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok (müvəqqəti) komitəsinin ön heyəti ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanda seçki prosesi, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi və digər məsələlərə dair ətraflı məlumat verib. Milli Məclisin sədri Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımların atıldığını, prosesi izləyəcək müşahidəçilərin hamısına lazimi şəraitin yaradılığını söyləyib.

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok komitəsinin ön heyətinin rəhbəri Xordi Şukla səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini, Azərbaycanda seçkiqabağı vəziyyətlə yaxından tanış olduqalarını deyib.

 

DİGƏR Xəbərlər Arxiv