YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Alxasov: Həmkarlar ittifaqları sıralarında üzvlərin 25 faizdən çoxu gənclərdir

Həmkarlar ittifaqının kəmiyyət və keyfiyyətcə inkişafında bilavasitə gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu fikri AHİK sədrinin müavini Cavanşir Alxasov deyib.

C.Alxasov bildirib ki, gənclərin həmkarlar ittifaqına üzvlük məsələsi həmişə aktual olub. Onun sözlərinə görə, həmkarlar ittifaqları işinin inkişafında gənclərin fəallığına xüsusi diqqət yetirilir.

«Təşkilat həmkarlar ittifaqlarının gənc fəallarına təlim verilməsində, həm Konfederasiya nəzdində, həm də sahə həmkarlar ittifaqlarında fəaliyyət göstərən gənclər şuralarının fəaliyyətini artırmağa çalışır. Hazırda həmkarlar ittifaqları sıralarında üzvlərin 25 faizdən çoxu gənclərdir. Onların təxminən 17 faizi birinci həmkarlar ittifaqları təşkilatlarının sədrləridir. Gənclər arasında həvəsləndirmə tədbirlərini keçirmək vacibdir. AHİK dövrün tələblərinə uyğun olaraq həmkarlar ittifaqlarının birliyinə və genişləndirilməsinə, əmək münasibətlərinin tənzimlənməsində onların məsuliyyətinin artırılmasına, sosial tərəfdaşlığın inkişafına, təşkilati-maliyyə işinin təkmilləşdirilməsinə, həmkarlar ittifaqı kadrlarının məsuliyyətinin yüksəldilməsinə, ehtiyat kadrların hazırlanmasına, çalışan qadınlarla və gənclərlə işə, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına yönəlmiş yeni kurs müəyyən edib»-deyə, C.Alxasov qeyd edib.