YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkan var

Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkan var.

Bu sözləri Azərbaycanın təhsil naziri, Azərbaycan-İtaliya Universitetlərarası Forumun iştirakçısı Mikayıl Cabbarov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Forumun gündəliyində duran məsələlər barədə danışan nazir diqqətə çatdırıb ki, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrini genişləndirməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi inkişafa nail olmağın mühüm istiqamətidir.

M.Cabbarov tədbirin ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük önəm daşıdığını deyib. Bildirib ki, Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı İtaliyanın aparıcı ali təhsil ocaqlarını ölkəmizin müvafiq qurumları ilə əməkdaşlıq etməyə, birgə tədris proqramlarının tətbiqinə həvəsləndirir.

 

DİGƏR Xəbərlər Arxiv